"Telegram" Rusiyada bu tarixdən bloklanacaq 

20:47 26.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Telegram" aprelin əvvəlində Rusiyada bloklanacaq.

Hafta.az xəbər verir ki, bu haqda Kremlə yaxın mənbələr məlumat yayıb.

Bildirilir ki, mümkün səbəblərə istifadəçilərin, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlər törətməyə cəlb edilməsi hallarının artması daxildir. Lakin mənbənin məlumatına görə, messencer müharibə zonasında fəaliyyətini davam etdirəcək.

"Roskomnadzor" isə açıqlamasında bildirib ki, "agentliyin bu məsələ ilə bağlı əvvəllər dərc olunmuş məlumata əlavə edəcək bir şeyi yoxdur".